Son zəng

   Bakı şəhəri Yasamal rayonu 20 nömrəli tam orta məktəb liseydə "Əlvida doğma məktəb"adlı son zəng tədbiri keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva iştirak etmişlər.Tədbirdə məktəbin 11-ci sinif şagirdləri hazırladıqları musiqi nömrələrini təqdim etdilər.Rayonun ictimai həyatında fəal iştirakına,gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə və təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyəti başçısı tərəfindən məktəbin bir qrup müəllimi Fəxri Fərmanla təltif olunmuşdur.Tədbirdə 11-ci sinif şagirdləri "Bilik açarı"nı 10-cu siniflərə təqdim etmiş,birincilərin çıxışları dinlənilmiş,sonda "Son zəng" çalınmışdır.Sonda Məktəbin direktoru əməkdar müəllim Səadət xanım Veysova şagirdlərə öz tövsiyələrini vermiş və tədbir Ulu Öndər Heydər Əliyevin nitqi və Z.Xanbabayevanın "Azərbaycan" mahnısının sədaları altında şagirdlərin və müəllimlərin yallı getməsi ilə bitmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi