“Valideynin məktəbdə bir günü”
Mayın 25-də A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi keçirilmişdir.Layihə çərçivəsində valideynlərə övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlıq imkanı yaradılmış, təlim-tədris mühitinin təkmilləşdirilməsi istiqamətində onların rəy təklif və tövsiyələri dinlənilmiş, nəticə rəhbərlik və pedaqoji kollektivlə müzakirə olunmuşdur.