“Ayın məktəbi”
Martın 17-də Milli Olimpiya Komitəsində 49 məktəb nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey “Ayın məktəbi” adına layiq görüldüyü üçün mükafatlandırılmışdır. Görüşün əsas məqsədi –Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində seçilmiş məktəblər arasında Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalına həsr olunmuş “İdman-sağlamlıq, dostluq, birlik” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin elanı idi.