"İspaniyanı tanıyaq" adlı möhtəşəm tədbir
Martın 14-də 20 nömrəli tam orta məktəb-liseydə "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" çərçivəsində "İspaniyanı tanıyaq" adlı möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə İspaniyanın ərazisi, coğrafi mövqeyi, təbiəti, tarixi, incəsənəti haqqında şagirdlərə geniş məlumat verilmiş, məktəb-liseyin istedadlı şagirdləri tərəfindən ispan mahnıları ifa edilmişdir.