Idman sahəsində uğurlar davam edir

   A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirlərinin idman sahəsində uğurları davam edir. Belə ki, 6 "Ğ" sinif şagirdi Nəsirov Ayxan 8-10 Fevralda İran İslam Respublikasının paytaxtı Tehranda təşkil olunmuş "5th İnternational Open Karate Master Cup" beynəlxalq yarışda 11 yaşlılar arasında 40 kq çəki dərəcəsində qalib gələrək I yerə layiq görülmüş, Diplom və medalla təltif olunmuşdur.

   Nəsirov Ayxan İran İslam Respublikasının paytaxtı Tehranda qazandığı karate üzrə beynəlxalq yarışda ölkəmizi yüksək səviyyədə təmsil etdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 4 mart tarixində Təşəkkürnamə ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi