“Valideynin məktəbdə bir günü” adlı tədbir

   20.02.2019-cu il tarixdə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin pedoqoji heyəti və texniki işçi kollektivi və ünsiyyət platformasının yaradılması məqsədilə, “Valideynin məktəbdə bir günü”  adlı tədbir keçirilmişdir.

   Məktəbdə dəvət olunmuş valideynlər dərs prosesində iştirak etmiş, akt zalı, idman meydançası, kitabxana, sanitar qovşaqları, yeməkxana ilə yaxından tanış olmuş, valideynlər üçün təşkil olunmuş seminarda iştirak etmişlər. Daha sonra məktəb rəhbərliyi ilə valideynlərin görüşü baş tutmuşdur. Müşahidə edilən dərslər müzakirə olunmuş, təklif və iradlar dinlənilmişdir.

   Tədbir 3 “A” sinif şagirdlərinin iştirakı ilə ibtidai sinif müəllimi Vəfa Qasımovanın təşkil etdiyi “Ana dilimizi sevək, qoruyaq!” adlı bədii hissə ilə başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi