7 və 8-ci sinif şagirdləri üçün rus dili və ədəbiyyatı üzrə XI Olimpiada
09.02.2019-cu il tarixdə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə “Rossotrudnichestvo”nun nümayəndəliyi tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrində təhsil alan 7 və 8-ci sinif şagirdləri üçün rus dili və ədəbiyyatı üzrə XI Olimpiadası keçirilmişdir. Olimpiadada Yasamal, Səbail, Qaradağ rayon məktəblərinin şagirdləri, Rusiya Səfirliyinin əməkdaşları və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndəsi iştirak etmişlər.