Şagirdlər “Şöhrət Muzeyi”ndə olmuşlar

   10 dekabr 2018-ci il tarixdə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseyin bir qrup müəllim, şagird və valideynləri üçün gənc nəslin Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini öyrənmək, vətənə məhəbbət, dövlətə sədaqət, Azzərbaycan xalqının tarixi ənənələri ruhunda tərbiyə olunması məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində görüş təşkil olunmuşdur.

   Məktəb rəhbərliyinin və aidiyyati dövlət qurumlarının dəstəyi ilə təşkil  olunmuş bu tədbir şagirdlərdə böyük marağa səbəb olmuş və yeniyetmələr üçün dahi Öndər Heydər Əliyevin həyat və yaradıcılığını daha yaxından öyrənilməsi üçün gözəl bir fürsət, əyani vəsait kimi qiymətləndirilmişdir.

   Məktəblilər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra onlar muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu dahi şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

   Ümummilli Liderin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılmış kitablar şagirdlərdə böyük maraq doğurmuş və onların çoxsaylı sualları cavablandırılmışdır.

   7L1 sinfinin rəhbəri məktəblilər üçün yaradılmış bu fürsətə görə DTX-nin rəhbərliyinə şagird və valideynlər adından təşəkkür bildirmişdir. Sonda xatirə şəkli çəkdirən şagirdlər “Şöhrət Muzeyi”ndən zəngin təəssüratlarla ayrılmışlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi