“Ulu bir Sərkərdə,Ulu bir Öndər” adlı tədbir
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı olaraq A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə silsilə tədbirlər keçirilmişdir. Belə ki, 11.12.2018-ci il tarixdə tarix müəllimi Məmmədova Nailə 8 ”A” sinif şagirdlərinin iştirakı ilə “Ulu bir Sərkərdə,Ulu bir Öndər” adlı tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasinin Dövlət Himninin səslənməsi ilə başlamış, daha sonra şagirdlərin ifasında şeirlərlə davam etmişdir.
Tədbirdə məktəbin direktoru Səadət xanım Veysova, direktor müavinləri və müəllimlər iştirak etmişlər.