Şəhidimiz Arif Hüseynzadəyə həsr edilmiş tədbir

  21.11.2018-ci il tarixdə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseyin 2 “E” sinif şagirdləri Arzu Hüseynovanın rəhbərliyi ilə “Qəhrəmanlar ölməz” adlı tədbir keçirmişlər. Tədbir  Arif Hüseynzadəyə həsr edilmişdir. Belə ki, 1991-ci ilin noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycan hərbi vertalyotu ermənilər tərəfindən vurulmuşdur. Bu faciə nəticəsində Azərbaycanın görkəmli xadimləri Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Ali Mustafayev və digərləri ilə birlikdə məktəbimizin məzunu Arif Hüseynzadə də həlak olmuşdur. I Fəxri Xiyabanda dəfn edilmişdir.  

   Şagirdlər Arif Hüseynzadə haqqında məlumat vermiş, onunla bağlı müəyyən xatirələr səsləndirilnişdir. Daha sonra isə Azərbaycan, Vətən, vətənpərvərlik mövzusunda şeirlər söylənilmiş, mahnılar ifa edilmişdir. .

   Tədbirdə məktəbin direktoru Səadət xanım Veysova, direktor müavinləri və müəllimlər iştirak etmişlər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi