"Ana dili aylığı" çərçivəsində tədbirlər davam edir

   15.11.2018-ci il tarixdə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə "Ana dili aylığı” çərçivəsində İvan Sergeyeviç Turgenevin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.

   Tədbirin təşkilatçısı məktəbin rus dili və ədəbiyyat müəllimi Məmmədova Gülşən İ.S.Turgenev yaradıcılıgının oxuculara az tanış olan qisminə-poeziyasına müraciət etmişdir. Gülşən Məmmədova tədbir işirakçılarına görkəmli rus ədibinin poeziyası haqqında məlumat vərəndən sonra məktəbin VII- VIII sinif şagirdləri Turgenevin şeirlərini söylədilər.

   Tədbirə rəsmi qonaq qismində Azərbaycanda Rusiya Tədris və İnformasiya Mərkəzinin sədri Yakunina Lyubov Timofeyevna dəvət olunmuşdu.

   Şagirdlərin çıxışlarını dinləyəndən sonra onları müzakirəyə cəlb edən L.Timofeyevna uşaqlardan sheirləri təhlil etmələrini istədi. Tədbirin sonunda öz xoş təəssüratlarını bölüşən qonaq bele gozel tedbirin keçirilməsinə görə məktəbin rəhbərliyinə, müəllimlərə ve şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi