Təqdimat

   14 noyabr 2018-ci il tarixdə ADA Universitetinin bakalavr proqramları üzrə Biznes fakültəsinin kuratoru Elşad Göyüşovun iştirakı ilə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseyin 10,11 sinif şagirdləri ilə görüş keçirilmişdir.

   Tədbiri məktəb-liseyin direktoru Səadət xanım Veysova açaraq qonaqları salamlamış, məktəbin şagirdləri üçün ADA Universitetində təşkil olunmuş ekskursiya da yaratdığı şəraitə və məktəbdə təqdimat layihəsinin gerçəkləşdirilməsinə görə universitetin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirmişdir. Gələcəkdə düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilən belə görüşlərin vacibliyini vurğulamışdır.

   Sonra çıxış edən ADA Universitetinin bakalavr proqramları üzrə kuratoru Elşad Göyüşov təqdimatla çıxış etmiş,ixtisaslar,qəbul qaydaları və s. barədə ətraflı danışmış, universitetin yaranma tarixi,təhsil pillələri,beynəlxalq əlaqələri və s. barədə geniş məlumat vermişdir.

   Həmçinin tədbirdə videoçarx nümayiş etdirilib və görüş iştirakçıları videoçarx vasitəsilə ADA Universiteti ilə yaxından tanış olublar.Diskusiya zamanı bir qrup şagird məktəbi bitirdikdən sonra ADA Universitetində təhsil almaq arzusunda olduqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi