9 Noyabr-Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə 9 Noyabr –Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlərə hazırlıq çərçivəsində şagirdlərin kompozisiyalar və proqramlar üzrə hazırlıqları davam edir.
Ənənəvi olaraq hər il keçirilən tədbirlərdə şagirdlərə dövlətçilik ideyalarına və dövlət atributlarına hörmət hissi aşılanır. Bu məqsədlə, 06.11.2018-ci il tarixdə Azərbaycan dili müəllimi Şıxməmmədova Esmira və Mahmudova Röyanın rəhbərliyi ilə rus bölməsinin 1-4-cü sinif şagirdlərinin iştirakı ilə “Bir dəfə yüksələn Bayraq, bir daha enməz” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlamış, şagirdlərin çıxışları ilə davam etmişdir.
Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeir,mahnı ifa etmiş, milli rəqslərimizi nümayiş etdirmişlər.
Tədbirdə məktəbin direktoru Səadət xanım Veysova, direktor müavinləri və müəllimlər iştirak etmişlər.