Azərbaycanın Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ekskursiya

    A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin bir qrup şagird, müəllim, valideynlərinin iştirakı ilə məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Azərbaycanın Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ekskursiya təşkil edilib.

   İlk öncə məktəblilər kanalda fəaliyyət göstərən əməkdaşlarla görüşüb, onların gündəlik iş fəaliyyəti və texniki avadanlıqlarla tanış olublar.

   Sonra məktəblilər kanalda yayımlanan “Bu axşam”, “İdman Azərbaycan” proqramlarının studiyasında qonaq olublar. Onlara verilişin çəkilişləri haqqında geniş məlumat veriblər.

   Şagirdlər şef-redaktorların otağında blok yığarkən, həm də saat 14:00-da efirə gedən “Xəbərlər”in idarə edildiyi aparat otağındakı monitordan çəkiliş otağını izləyiblər.

  Ölkə teleməkanının formalaşmasında böyük rol oynayan Azərbaycan televiziyasının binasını gəzmək, ekrandan gördükləri məşhur simalarla üzbəüz söhbətləşmək məktəblilərdə xoş təəssürat oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi