“Azərbaycan Dövlət Müstəqilliyi Günü” nə həsr edilmiş tədbir

 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdur. Elə həmin vaxtdan 18 oktyabr “Müstəqillik günü” kimi qeyd olunur. Bu məqsədlə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə silsilə tədbirlər keçirilir.

   16.10.2018-ci il tarixdə 8 “C” sinif şagirdləri sinif rəhbərləri Umayeva Üzülfətin rəhbərliyi ilə “Azərbaycan Dövlət Müstəqilliyi Günü” nə həsr edilmiş tədbir keçirmişlər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlamış, şagirdlərin ifasında rəqs, mahnı və şeirlərlə davam etmişdir.

   Tədbirin sonunda çıxış edən Səadət xanım Veysova bu günün tarixi haqqında danışmış, xoş arzu və istəklərini dilə gətirmişdir.

Sonda iştirakçılar “Fəxri Fərman” larla mükafatlandırılmışlar.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi