Sənətin hamısı gözəldir əlbət, Bütün peşələrin gözüdür Müəllim!!!

 

   5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin status haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildə isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilmişdir.

   02.10.2018-ci il tarixdə A. Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə “Müəllimlər günü”nə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbir  Abasquliyeva Zümrüdün rəhbərliyi ilə 4 “F” sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeirlər, mahnılar söyləmiş, rəqslər nümayiş etdirmişlər.

   Tədbirdə məktəbin direktoru Səadət xanım Veysova çıxış etmiş, müəllim kollektivini təbrik etmiş, xoş arzularını dilə gətirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi