Biz sülh istəyirik

BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə 21 sentyabr tarixi bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Bu məqsədlə sentyabrın 24-ü A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin 1 “Ə” sinif şagirdləri Hüseynli Xəyalənin rəhbərliyi ilə “Beynəlxalq Sülh Günü”nə həsr edilmiş dərs keçmişlər. Dərs şagirdlərin yüksək fəallığı ilə başlamış, birincilər nəğmələr ifa etmiş, şeirlər söyləmişlər.