Bilik gününə aid tədbir keçirilmişdir

   Sentyabrın 15-də A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə Bilik Günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi, Dövlət Himninin ifası ilə başlamış, daha sonra məktəbin direktoru Səadət xanım Veysova çıxış edərək, şagirdləri, müəllimləri və valideynləri salamlamış, 2018-2019-cu tədris ilində hər bir kəsə uğurlar arzulamışdır. Daha sonra isə söz  tədbirin fəxri qonaqları Yasamal Rayon İcra başçısı Əziz Əziov, Yasamal Rayon İcra başçısının müavini Təravət Muradova , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Elmira Mehdiyeva,Şuşa Rayon İcra başçısının müavini Vüsalə Fətəliyeva,Milli Məclisin sabiq deputatı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü , "Şöhrət" və "Vətənə xidmətə görə" ordenli Şahəddin Əliyevə verilmişdir. 
   Tədbirdə məktəbin şagirdi,beynəlxalq müsabiqələrin lauriatı,adı "Qızıl kitab"a yazılmış, Prezident təqaütçüsü Atilla Məmmədov öz ifası ilə birinciləri təbrik etmişdir. Daha sonra şagirdlərin ifasında sözləri Səadət xanım Veysovaya, musiqisi Oktay Rəcəbova aid A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseyin himni səsləndirilmişdir.  
   Tədbir zamanı  2017-2018-ci tədris ilində yüksək balla Ali məktəblərə qəbul olmuş şagirdlər də iştirak etmişlər. Qeyd etmək istərdik ki, tədbirdə  Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu İmtahanında ibtidai siniflər üzrə ən yüksək balı -59 bal toplamış Xəyalə Hüseynli də çıxış etmişdir.  
   Bilik gününüz mübarək!!!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi