Qrant layihə çərçivəsində 1-ci sinif şagirdləri ilə psixoloq görüşü

 Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2018-ci il üçün artıq ikinci dəfə keçirilən "Təhsildə inkişaf və innovasiya" lar üzrə qrant müsabiqəsində A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin psixoloqu Aytən Ağayeva "1-ci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası" adlı layihəsi ilə qalib gəlmişdir. 
   Layihə çərçivəsində artıq 1-ci sinfə qəbul olunmuş şagirdlərin diaqnostikası başlayıb. Şagirdlər ilk öncə qrup şəklində test tapşırıqlarını yerinə yetirir, daha sonra isə fərdi şəkildə məktəbin psixoloqu ilə intervyudan keçirlər.  
   Test və intervyu nəticəsində seçilmiş uşaqlara intensiv şəkildə psixoloq dəstəyi təşkil olunacaq. Görüşlər 2 ay ərzində davam edəcək. Sonra uşaqlar yenə də dəyərləndirmə testindən keçiriləcək, onların ilkin göstəriciləri ilə müqayisə olunacaq. Həmçinin qrant layihəsi çərçivəsində birinci siniflər ilə 2 ay ərzində sosiallaşma treyninqləri keçiriləcək.Görüşlər dərsdən kənar vaxta oyun formasında təşkil olunacaq. 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi