Fərqlənən məzunlar “Fəxri xiyaban”da

   16.07.2018-ci il tarixdə A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseydə ümumi orta və tam orta təhsil səviyyəsini Fərqlənmə attestatı ilə bitirmiş şagird və məzunlara  attestatlar təqdim olunmuşdur. Tədbirdə məktəb-liseyin direktoru Səadət Veysova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, valideynlər və media nümayəndələri iştirak etmişlər. Məktəb-liseyin direktoru Səadət Veysova məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 Tədbirdən sonra məktəb-liseyin direktoru Səadət xanım Veysova Fərqlənmə attestatı almış məzunlarla birlikdə "Fəxri xiyaban"da Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, gül dəstələri qoymuş və əziz xatirələrini  dərin ehtiramla yad etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi