20№li məktəb-liseydə “Son zəng”

   14.06.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisində bütün Ümumtəhsil müəssisələrində “Son zəng” çalınmışdır. A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə bununla bağlı möhtəşəm tədbir keçirilmişdir. Tədbirin fəxri qonaqları Yasamal Rayon İcra başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, İcra Hakimiyyətinin başçısının müavini Təravət  xanım Muradova, ictimai-siyasi xadimlər, media nümayəndələri olmuşlar.

   XI sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə tədbirin rəsmi hissəsi açıq elan edilmişdir. Məktəbin direktoru Səadət xanım Veysova tədbiri açaraq məzunlarımızı bu gün münasibətilə təbrik etmiş, onlara  uğurlar arzu etmiş, birincilərə ilə növbəti tədris ilində müvəffəqiyyətlər  diləmişdir. Daha sonra söz Yasamal Rayon İcra başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, İcra Hakimiyyətinin başçısının müavini Təravət  xanım Muradovaya verilmişdir. Qonaqlarımız cari tədris ilində məktəbdə baş verən canlanmanı xüsusi ilə vurğulamış, şagirdlərin Qəbul imtahanında göstərmiş olduğu yüksək nəticələri qeyd etməklə  onlara uğurlar arzu etmişlər.

   

   Tədbirin bədii hissəsində  I  və XI sinif şagirdləri rəqsləri ilə bir-birlərini təbrik etmiş, XI sinif şagirdləri I siniflərə öz hədiyyələrini təqdim etmişlər. Qeyd etmək istərdik ki, tədbir İTV-də birbaşa efirdə canlı olaraq yayınlanmış, hər kəs tərəfindən maraqla qarşılanmışdır. .

   Gələcək həyatınızda sizə uğur və müvəffəqiyyətlər arzu edirik əziz məzunlarımız!!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi