“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir
01.06.2018-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal istirahət parkında “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri, 20№li tam orta məktəb-liseyin direktoru Səadət xanım Veysova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun səhiyyə və təhsil müəssisələrinin rəhbərləri və s. iştirak etmişlər.
Tədbirdə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin müəllim, şagird kollektivi də iştirak etmişlər. Şagirdlərimiz şeirlər söyləmiş, mahnı ifa etmiş, öz rəqsləri ilə çıxışlarını daha da gözəlləşdirmişlər.
Şagirdlərin ifasında ədəbi-bədii kompozisiyaları ilə davam edən tədbir sülh rəmzi olan göyərçinlərin səmaya buraxılması ilə yekunlaşmışdır.