"Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr edilmiş tədbir keçirilmişdir

   01.06.2018-ci il tarixdə A.Hüseynzadə adına 20№li tam orta məktəb liseydə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Qurbanova Ruhəngizin rəhbərliyi ilə 2 "F" sinif şagirdlərinin iştirakı ilə olmuşdur.
   Tədbir zamanı şagirdlər şeir söyləmiş, mahnılar ifa etmiş, öz sülh istəklərini dilə gətirmişlər. 
   Tədbirin sonunda məktəbin direktoru Səadət xanım Veysova çıxış etmiş, şagirdləri təbrik etmiş, şagirdlərə təhsildə uğur və müvəffəqiyyət arzu etmişdir. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi