Biz idmanı sevirik

   A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə 31.05.2018-ci il tarixdə Mustafayeva Sayalının rəhbərliyi ilə  3 "H" sinif şagirdlərinin iştirakı ilə "TOP's Proqramı" layihəsi əsasında   "Fiziki keyfiyyətlərin inkişafı. Çeviklik"  mövzusunda fiziki tərbiyə fənnindən "Açıq dərs"  keçirilmişdir. Dərs zamanı şagirdlər 2 qrupa bölünmüş, qruplararası müxtəlif oyunlar oynamış, yarışlar keçirmişlər . 
   "TOP's Proqramı" layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək və bununla da təhsilalanların hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaratmaqdır. 
   Dərsdə məktəbin direktoru Səadət xanım Veysova, direktor müavinləri, "Tops Proqramı"nın layihə rəhbəri Vəli Musayev, layihə koordinatoru Emil Qaybalıyev və fiziki tərbiyə müəllimləri iştirak etmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi