"Kimya gecəsi" keçirilmişdir

   Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə tədbirlər davam edir. 15.05.2018-ci il tarixdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya və Biologiya fakultəsinin 401-ci qrup tələbələri  məktəbin VII-IX sinif şagirdləri ilə birlikdə "Kimya Gecəsi" adlı tədbir keçirmişlər. Təcrübəçi tələbələr- Ağayeva Səhər, Ağayeva Fidan, Adışirinli Arzu, Əlisoy Aytən, Əsədli Vəfa, Cəlilova Xəyalənin rəhbərliyi ilə şagirdlər  "Karbon", "Fosfor", "Hidrogen", "Oksigen" , "Azot" qrupu olmaqla 5 qrupa bölünmüşlər. 
 Hər bir qrup özü haqqında məlumat verdikdən sonra, öz təqdimatlarını  etmişdir. 
    Tədbirin sonunda çıxış edən məktəbin direktoru  Səadət xanım Veysova praktika rəhbəri Simuzər Qəhrəmanova başda olmaqla, bütün iştirakçılara öz təşəkkürünü bildirmiş,sonda isə hər bir iştirakçı "Sertifikat"larla mükafatlandırılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi