Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

   04.05.2018-ci il tarixdə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. 
   Tədbir V-VIII sinif şagirdlərinin iştirakı  və məktəbin peşəkar, texnologiya və təsviri incəsənət müəllimi Üzulfət Umayevanın rəhbərliyi, məktəbin texnologiya  müəllimləri Əhmədbəyli Nəzakət, Əliyeva Mehriban, Əliyeva Sərmayə, Yoldaşova Naira, Zeynalova Səadət, Namazəliyeva İradə və İsayeva İradənin  iştirakı ilə  təşkil edilmişdir. 
   Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər, fotoalbomlar, eksponatlar, şagirdlərin hazırladıqları əl işləri, çəkdikləri rəsmlər nümayiş etdirilmişdir. Şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında  şeirlər söyləmiş, mahnılar ifa etmişlər. 
   Tədbirin sonunda məktəbin direktoru Səadət xanım Veysova çıxış etdi, Ümummilli Liderin müdrik siyasəti, uzaqgörənliyindən danışdı.  


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi