"Gəlin birgə oxuyaq!" şüarı altında reallaşdırılan "Oxu günü" keçirilmişdir
26.04.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşçilatçılığı və "Hədəf Nəşrləri"nin tərəfdaşlığı ilə "Gəlin birgə oxuyaq !" şüarı altında reallaşdırılan "Oxu günü" keçirilmişdir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın , Mədəniyyət Nazirliyinin nümayəndələri, respublikanın tanınmış elm adamları, təhsil ekspertləri özəl qonaqlar idi.
Tədbirdə 40-dan artıq ümumtəhsil müəssisəsi iştirak etmişdir. A.Hüseynzadə adına 20 №li tam orta məktəb-lisey "Oxu günü" nə xüsusi hazırlaşmışdır. Belə ki, şagirdlərimiz Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından bir parça nümayış etdirmişlər. Nümayiş etdirilən səhnəcik isə qonaqlar tərəfindən bəyənilmişdir. Xüsusilə şagirdlərin tərtibatı, ifası bəyənilmiş, xüsusi qeyd edilmişdir.