Örnək ana - Zirvə yolu

    2018-ci il 28 aprel tarixində işıqlı xatirəsini daima yad etdiyimiz, Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri, bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyevanın 95 yaşı tamam olur. 
    Həyatda işıq yaratmağın iki yolu vardır. Ya bu yolda çıraq olmaq, ya da işığı əks etdirən ayna olmaq. O məhz işığın aynada əks olunması üçün gecəsini gündüzünə qatan yanar çıraq idi. Yaradan yaratdığı nuru itirmiş insanlara yardım üçün məhz onu göndərmişdi.
    20 №-li tam orta məktəb-liseydə aprel ayı ərzində Zərifə xanımın əziz xatirəsi yad olunmuşdur. Aprel ayının 15-i Zərifə Əliyevanın vəfat günü ilə bağlı şagirdlərimizlə birgə "Örnək ana-Zirvə yolu" mövzusunda müzakirələr aparmış, məktəbimizin 6-9-cu sinifləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. 
    24.04.2018-ci il tarixində məktəbin tarix müəllimi Könül Bağırovanın təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş anım mərasimi keçirilmişdir. Könül Bağırova görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi  töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, övladlarına, Ulu Öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışmışdır. 
    Anım mərasiminin gedişində "Əsl məhəbbət haqqında" filmə baxılmış, xalq şairləri Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun Zərifə xanıma həsr olunmuş şeirləri şagirdlərimizin ifasında səsləndirilmişdir. Musiqisi Sevil Əliyevaya məxsus "Ana" mahnısı 8"A"  sinif şagirdi Süsən Cəfərova tərəfindən ifa edilmişdir.
    Məktəbin direktoru Səadət xanım Veysova tədbirin sonunda çıxış edərək, Zərifə xanımın şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu, Heydər Əliyev ilə Zərifə Əliyevanın ailəsinin hər bir gənc üçün örnək olduğunu xüsusi vurğulamışdır.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi