1918-ci il Mart Soyqırımı -100 il

   A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə 1918-ci il 31 Mart Soyqırımının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.   30.03.2018-ci il tarixində məktəbin tarix müəllimləri Nailə Məmmədova, Könül Bağırova, Günel Şükürovanın təşkilatçılığı, 6-10-cu sinif şagirdlərinin iştirakı ilə erməni daşnakları tərəfindən 1918-ci il mart-aprel aylarında azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir. 
   Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam etmişdir. Tədbirin gedişində şagirdlərin ifasında 31 Mart Soyqırımının dəhşətlərini özündə əks etdirən şeirlər, musiqilər səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Şagirdlər erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə hüquqi qiymət verilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasətin bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdırlar. 
   Məktəbin direktoru Səadət xanım Veysova öz çıxışında Azərbaycan xalqının 31 Mart Soyqırımını heç vaxt unutmayacağını, eyni zamanda bu kimi tədbirlərdə iştirakın şagirdlərdə vətənpərvərlik hissinin güclənməsi baxımından önəmli rol oynadığını vurğulamışdır.  
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi