“31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib

    A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə məktəbin rəhbərliyi və şagird-müəllim heyəti iştirak etmişdir. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırım haqqında sənədli film izlənilib.

    Tədbirdə çıxış edən məktəbin tarix müəllimləri Cahan Həsənova, Validə Bağırova, Aynur Şıxəliyeva və Dilşad Hacalıyeva xalqımızın tarixən yaşadığı faciələrdən danışmışdır.

   1918-ci ildə erməni millətçilərinin törətdikləri qanlı faciənin tarixi haqqında danışan məktəbin direktoru Səadət xanım Veysova məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi