Yurdumuza bahar gəlir

   Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı A.Hüseynzadə adına 
20 №li tam orta məktəb-liseydə geniş şəkildə qeyd olunmaqdadır. Əlamətdar bayramın təntənəli və yaddaqalan olması məqsədilə məktəbdə silsilə tədbirlər hazırlanmış və icrası müvəffəqiyyətlə həyata keçirilir.
   Belə tədbirlərdən biri 15.03.2018-ci il tarixdə 6-cı sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Tədbirin təşkilatçıları məktəbin valideyn komitəsinin üzvləri Rəsmiyyə Qədirova, Aynur Heydərova, Elşən Məmmədov şənlikdə Azərbaycan xalqının milli adət-ənənələrini əks etdirmiş, şagirdlərin ifasında ədəbi-musiqili proqram nümayiş olunmuşdur. 
   Tədbirdə iştirak edən məktəb-liseyin direktoru Səadət xanım Veysova şagirdləri, valideynləri bayram münasibəti ilə təbrik etmiş. onlara əmin-amanlıq, ruzi-bərəkət arzulamışdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi