İctimai işlərdə fəal iştirak etmiş şagirdlər diplomlarla mükafatlandırıldı

   A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə martın 14-ü tarixində məktəbin ictimai işlərində fəal iştirak etmiş şagirdlərin diplomlarla mükafatlandırılması mərasimi keçirildi.
    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səadət xanım Veysova diplomları şagirdlərə təqdim etmişdir. Tədbirdə şagirdlər, valideynlər və müəllimlər iştirak etmişlər.
   Tədbirin sonunda valideynlər və şagirdlər onlara verilən yüksək qiymət və dəyərə görə məktəb rəhbərliyinə təşəkkürlərini bildirmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi