"A,B,C party " adlı tədbir keçirilmişdir

 Bakı şəhəri A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin 3 "Ç" sinfində ingilis dili əlifbasına aid “ABC party” adlı tədbir keçirilmişdir.  Məktəbin ingilis dili müəllimi Səmədova Sahibə şagirdlərdə  bu dilə maraq oyatmış, onların nitq bacarıqlarının inkişafına nail olmuşdur. Şagirdlər ingilis dilində şeirlər, lətifələr, tapmacalar demiş, rəqs etmiş, mahnılar oxumuşlar.  Onlar qədim rus “Turp” nağılını səhnələşdirmişlər.  Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri iştirak etmişlər. Tədbirin sonunda şagirdlərə fəal iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi