Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır
Bakı şəhəri A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə 6 mart 2018-cı il tarixində "Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır" adlı hərbi-vətənpərvəlik mövzusunda tədbir keçirilmişdir. Tədbirdə hörmətli veteranlarımız, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, eləcə də rayonun hüquq-mühafizə orqanlarının və digər strukturlarının rəhbərliyi, hörmətli incəsənət xadimləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları, rayon ərazisində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin tələbələri, məktəbin müəllim-şagird kollektivi. kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak etmişlər.