“ Xocalı- Qan yaddaşımızdır” adlı ədəbi- bədii gecə keçirilmişdir

   23.02.2018-ci il tarixində Yasamal Rayonu 20 № li tam orta məktəb-liseydə“Xocalı-Qan yaddaşımızdır” adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbir Yasamal Rayon İcra Hakimi başçısının cıxışı ilə başladı. Başçı Xocalıdan məcbur qaçqın düşmüş əhaliyə dövlətimizin göstərdiyi qayğıdan danışdı və qeyd etdi ki,onlar daha artıq diqqətə layiqdirlər. Sonra Xocalı Şəhər İcra Hakiminin başçısı çıxış edərək bildirdi ki, Xocalı tək Azərbaycanın deyil, bütün Yer üzünün faciəsidir. Bir gecədə bütöv bir şəhərin yerlə-yeksan edilməsi, əhalinin, hətta körpələrin amansızcasına qətli misli görülməmiş bir vəhşilikdir. Belə bir qəddarlığı dünya dövlətləri tanımalı və bu soyqırıma siyasi qiymət verilməlidir. Gecəni  məktəbin şagirdləri  bədii  kompozisiya ilə davam etdirdilər.Şagirdlər Xocalı facisəsini əks etdirən səhnələr nümayiş etdirmiş, şerlər söyləmişlər. Qeyd edək ki, tədbirdə bir çox şəhid ailələrinin üzvləri də iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi