“Ana dilimizi sevək sevdirək”

 

    Bakı şəhəri Arif.Hüseynzadə  adına 20 № li məktəb-liseydə “ 21 Fevral Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru , Azərbaycan Respublikasının  Əməkdar müəllimi Səadət xanım Veysova Azərbaycan dilinin inkişaf məsələləri,incəliyi ,zənginliyi haqqında şagirdlərə məlumat vermişdir. Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.     

    Tədbirdə Milli Məclisin üzvü Nizami Cəfərov, AMEA-nin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak etmişlər. Tədbirdə məktəb-liseyidə” Ana-dili və  Ədəbiyyat “ aylığı çərçivəsində keçirilən şeir və inşa müsabiqəsində fərqlənən şagirdlər diplomlarla təltif olunmuşdur. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi