20 № li məktəb-lisey şagirdlərinin “Azərbaycan Hava Yollararı” na (AZAL)-a ekskursiyası
Məktəblilərin asudə vaxtlarının səmərli təşkili məqsədilə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin müəllimi və 7ə sinfinin rəhbəri Sevda Rəcəbovanın rəhbərliy ilə 7ə sinif şagirdləri “ Azərbaycan Hava Yolları” nın (AZAL) bir sıra mülki aviasiya obyetklərinə ekskursiya etmişlər. Əvvəlcə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu “ Silkway Technics” şirkətinin anqar kompleksi ilə tanıs olmuşlar. Bundan sonra məktəblilər aerovağzal ərazisini gəzmişlər. Burada aviasiya təhlükəsizliyi kineloji xidmətininin işçiləri uşaqlara itlərin saxlanılması,təlimi və “ insanın yaxşı dostlarının” sərnişinlərin təhlükəsizliyi və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat vermişlər. Ekskursiyanın növbəti məkanı hava limanının yanğınsöndürmə məkanı olmuşdur. Yanğısöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışmış, yanğınsöndürənlərin döyüş geyimi,yanğın xilasedici qurğularını nümayiş etdirmiş, su və köpüyün necə vurulduğunu göstərmişlər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallarına cavab verərkən yüksək bilik nümayiş etdirmişlər. Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri Boeing 757 Dreamliner təyyarəsini gəzməklə başa çatmışdır. Uşaqları “Azərbaycan Hava Yoları” nın pilot və təyyarə bələdçiləri qarşılamış,onları təyyarənin quruluşu, birinci sinif,biznes və ekonom sinif salonları ilə tanış etmişlər.