Yasamal rayon 20 № li məktəb-liseydə 25 yanvar tarixində “Riyaziyyat bütün elmlərin şahıdır” adı aıtında riyaziyyat gecəsi keçirildi.

      Tədbir yanvar ayı-riyaziyyat aylığının bağlanması münasibəti ilə keçirilmişdir. Tədbirdə məktəb-liseyin direktoru Veysova.S, direktor muüavinləri Mustafayeva.S, riyaziyyat fənni üzrə metodbirləşmə sədri Mahmudova.N başda olmaqla bütün riyaziyyat müəllimləri Qasımova.J, Kərimova T, Xudaverdiyeva.A, Sadıxova.Y, Mənsurova.N, Ağasıyeva.L, Sadıxova.S və başqaları da iştirak etmişlər.Bir neçə komissiya üzvündən ibarət münsiflər heyəti də təşkil edilmişdir.

    Tədbir tərkibində 5 üzv olmaqla 3 komandanın iştirakı ilə 9-cu siniflər arasında yarışma ilə başladı. Yarışma iki turdan ibarət idi. Hər cavaba görə münsiflər heyəti müxtəlif ballarla komandaları qiymətləndirmişlər. Turlar arası kiçik bir fasilə zamanı 5 və 6-cı sinifləri əyləncəli riyazi şou nümayiş etdirdilər. Şouda hər bir həndəsi fiqur bədii üslubda obrazlı şəkildə öz üstünlüyündən danışaraq daha əhəmiyyətli olduğunu vurğulamışlar.Tədbirin sonunda məktəbin  direktoru Veysova.S tədbirin təşkilatçılarına və şagirdlərə belə elmi-bədii tədbir hazırladıqları üçün təşəkkürünü bildirdi. Qalib komandalara münsiflər heyəti tərəfindən hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi