Yanvar- Qəhrəmanlıq səlnaməsi

 

                                                                                 Torpaq su ilə qarışdıqda palçıq olur, qan ilə qarışdığında Vətən!

        Azərbaycan Xalqının tarixində Qanlı Yanvar  faciəsi  kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir.1990-cı il 20 Yanvar  tarixi Azərbaycaın istiqlal yolunun ilk zirvəsi,xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.20 № li məktəb-lisey və Cabir Novruz  fondunun birgə təşkilatçlığı ilə 20 № li məktəb-liseydə anım tədbiri keçirilmişdir.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri,şəhid ailələri, 20 № li məktəb-liseyin müəllim-şagird kollektivi iştirak etmişdirlər.

Azrbaycan Republikasının Dövlət Himni ilə başlayan anım mərasimində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. “Kaş Millətdə Ruh Yaşasın”  adlandırılan gecədə Azərbaycan xalqına qarşı  cinayət haqqında məlumat verilmişdir.

      20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açılmışdır.Tədbir 20 № li məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə 20 Yanvar şəhidi Cavad İsamyılzadəyə həsr olunmuş “ Dövrünün Müşviqi” adlı qısametrajlı film ilə davam etdirilmişdir.Tədbir şagirdlərin vətənpərvərlik ruhunda musiqi ifaları ilə yekunlaşmışdır.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi