"Azərbaycanlıların Həmrəylik Günü" və Yeni təqvim ilinin gəlisinə həsr edilən tədbir keçirildi
28 dekabr 2017-ci il Yasamal rayonu 20 nömrəli tam orta məktəb-liseyin ingilis dili müəllimi Əliyeva Təranə tətəfindən dərs dediyi 9c, 6a, 5ç və 5f sinif şagirdləri ilə birgə təşkil etdiyi " Azərbaycanlıların Həmrəylik Günü " nə və Yeni Təqvim ilinin gəlişinə həsr edilən tədbir keçirildi. Belə ki tədbirin dili əsasən ingilis dili olsa da , şagirdlər həm Azərbaycan dilində, həmdə digər dillərdə iştirakçıları təbrik edib, təmsil etdikləri ölkələri ingilis dili ilə yanaşı həmin dillərdə də təqdim etdilər.Tədbirdə şagirdlərlə yanaşı , məktəbin rəhbərliyi,müxtəlif fənn müəllimləri və valideynlər də iştirak edirdilər.
Sonda məktəbin direktoru Səadət Veysova bütün iştirakçıları və Azərbaycan xalqını Həmrəylik Günü , yeni il münasibəti ilə təbrik etdi .O 31 Dekabrda qeyd olunan məhz həmin tarixi günün ulu önder Heydər Əliyev tərəfindən Azərbaycanlılara bəxş edildiyini xüsusi vurğuladı.