" Dünya mədəniyyəti " layihəsi
31 dekabr - Dunya azərbaycanlılarının həmrəylik günü ərəfəsində 20 №-li tam orta məktəb - liseydə " Dünya mədəniyyəti " layihəsi keçirilmişdir
Tədbirdə 5 dövlət - Azərbaycan,Türkiyə, İtaliya, Hindistan,Çin təmsil olunmuşdur. VII - X sinif şagirdləri təmsil etdikləri dövlətin geyimlərində iştirak etmişdilər. Hər bir dövlətin tarixi mədəniyyətini göstərən əşyalar,atributlar şagirdlər tərəfindən təqdim edilmişdir.Bundan başqa masa üzərində hər bir xalqın mətbəxi də öz əksini tapmışdır. Belə ki, Azərbaycanın şirniyyatları,Türkiyənin nemətləri, İtaliyanın təamları, Hindistanın çayı, Çinin özünəməxsus yeməkləri müəllim və şagird heyətinin zövqünü oxsamışdır.
Şagirdlər hər bir ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası barədə bir - birindən maraqlı təqdimatlar etmişdilər. Şagirdlər tamaşaçıları sanki, həmin ölkələrə səyahətə aparmışdırlar.Tədbirin sonunda məktəbin direktoru Səadət Veysova təqdimatların çox maraqlı və rəngarəng olduğunu vurğulayaraq qeyd etmişdir ki, zaman - zaman belə tədbirlər təşkil etmək vacibdir. Bu layihə şagirdlərin dünya görüşünü, mədəniyyət səviyyəsini və intellektinin yüksəlməsinə bir örnək olacaqdır.