Vəhşi təbiətin canlı möcüzəsi

   Misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyi olan Azərbaycanda Talış dağlarının cəsur vəhşi təbiət nümunəsi olan “Dünyanın ən çox axtarılan bəbiri” adlı filminin ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla nümayiş olunması qürurunu yaşadıq. Bir daha ölkəmizin necə zəngin təbiətə sahibliyi sübut olundu.

   Belə ki, “İdea” ictimai birliyinin təşkil etdiyi “Yaşıl söhbət” “Green Conservation” layihəsi çərçivəsində keçirilən “Dünyanın ən çox axtarılan bəbiri” filminə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseyin coğrafiya müəllimi Könül Şiriyeva və 8 “A” sinif şagirdləri izləmiş oldular.

   Şagirdlər qürur hissi ilə Azərbaycanda yaşayan canlıların dünyada tanınması və onların var olmaları ilə bağlı müzakirələr etdilər. Sonda şagirdlərə “The  World most wanted leopard” filminin diskləri və “İdea” ictimai birliyinin “5 illik” hesabat adlı jurnalı hədiyyə verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi