Təbii sərvətlərlə yaxından tanışlıq

   Təhsil keyfiyyətinin yüksəldilməsi, cəmiyyət üçün bacarıqlı vətəndaş, XXI əsrin tələblərinə cavab verən, çevik düşünmə qabiliyyətinə malik şəxsiyyət yetişdirmək hər bir təhsil ocağında çalışanların vəzifəsidir. Bu məqədlə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseyin coğrafiya müəllimi Könül Şiriyeva 6 “E” sinif şagirdləri ilə birgə Geologiya muzeyində olmuşlar. Muzeyin direktoru X. Mirzəbəyov öz zəngin təcrübəsinə əsaslanaraq, Azərbaycanın mineral sərvətləri, faydalı qazıntıları və s. haqqında geniş məlumat vermişdir. Şagirdlər muzeyin seksiyalarında ölkənin müxtəlif geoloji xəritələri, dağ süxurları, mineralları ilə tanış olmuşlar. Antraktidadan, Cənubi Amerikadan, Afrikadan gətirilmiş süxurlar şagirdlərin marağına səbəb olmuşdur.

   Belə ekskursiyalar müasir dövrdə şagirdlərin bilik və bacarıqlarının formalaşmasına müsbət təsir edəcəkdir.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi