Müsabiqə keçirilmişdir
Bakı şəhər məktəblilərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə 22.11.2017-ci il tarixində A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə IX-XI sinif şagirdlərindən ibarət 3 komandanın iştirakı ilə müsabiqənin I mərhələsi keçirilmişdir. 3 komandada hər sinifdən 1 nəfər olmaqla 9 şagird 30 sualdan ibarət olan testləri cavablandırmış, məsələni həll etmişlər. Alınan nəticələrə əsasən qalib komanda II mərhələdə iştirak etmək üçün vəsiqə almışdır.