“Eksklüziv Kimya” gecəsi keçirildi

Noyabrın 14-də A.Hüseyinzadə adına 20№-li məktəb-liseydə “Təhsildə keyfiyyət ili” çərçivəsində 7, 9 və10-cu sinif şagirdlərinin iştirakı ilə Əməkdar müəllim Fatma Mustafazadənin təşkil etdiyi “Eksklüziv Kimya gecəsi” keçirilmişdir.                                                   Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və institutun əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə 20№-li məktəb-liseyin direktoru Yaqut Məmmədova açaraq, tədbir haqqında və gecəyə dəvət olunmuş qonaq akademik Vaqif Abbasovun elmi işləri və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Daha sonra Fatma Mustafazadə Akademik V. Abbasovun Ədəbiyyat sahəsində fəaliyyəti haqda çıxış etmiş və şagirdlər Vaqif müəllimin şeirləri ilə qonaqları salamladılar.                                                                        Sonra şagirdlər qruplara bölünərək kimya sahəsində bilik və bacarıqlarını təşkil olunmuş yarışda nümayiş etdirmişlər. Maraqlı təcrübələr və səhnəciklər göstərmişlər, Adilə İbrahimlinin İfasında”Kimya həyatdır” mahnısı səsləndirilmişdir.

   Daha sonra çıxış üçün söz akademik Vaqif Abbasova verildi. O, şagirdlərə kimya elminin incəlikləri, onun öyrənilməsi və həyatın bütün sahələrində kimyanın rolu haqqında geniş məlumat vermişdir.   

   Sonda akademik Vaqif Abbasov məktəb ilə institutun əməkdaşlığı üçün bir neçə təklif vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi