Milli birliyimizin təcəssümü

A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə noyabrın 8-də tarix müəllimi Dilşad Hacalıyeva 8 "Ç" sinfində "9 noyabr-Azərbaycan Dövlət Bayrağı Günü"dür mövzusunda "Açıq dərs" keçmişdir. Şagirdlərə Azərbaycan Respublikasının Dövlət Bayrağının dövlətimizin suverenliyi rəmzi kimi dəyərləndirən müəllim tarixə ekskursiya edərək, bu günlə bağlı fikirlərini bildirmiş, Prezident İlham Əliyevin Bayraq Gününün təsis edilməsi ilə bağlı Sərəncamını xatırlatmışdır. Dərsin sonunda şagirdlər bayraqla bağlı təsüratlarını bölüşmüş və biliklərini möhkəmləndirmişlər. Dərs şagirdlərin ifasında şeir və mahnılarla yekunlaşmışdır. Dərsdə məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və tarix müəllimləri iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi