Bayraq milli qürurumuzdur

08.11.2017-ci il tarixdə A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq milli qürurumuzdur” adlı tədbir keçirilmişdir. Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Məktəb-liseyin Azərbaycan dili müəllimi Firəngiz Kərimova Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs etmiş, bildirmişdir ki, 1990-cı ildə Naxçıvan Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir. Tədbirdə iştirak edən məktəb-liseyin direktoru Yaqut Məmmədova müəllim və şagirdləri bayram münasibətilə təbrik etmiş, Ulu öndər H.Əliyevin mütərəqqi siyasi kursunun davamçısı kimi Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamının gənclərin vətənpərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Tədbirdə V-VII sinif şagirdlərinin hazırladığı kompozisiya təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi