Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd edilmişdir

A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseydə “Təhsildə keyfiyyət ili” çərçivəsində 9 noyabr- Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri 1 “C” sinfində Tahirova Azadə və musiqi müəllimi Ağazadə Şəhla təşkil etmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaqut Məmmədova açmış və bildirmişdir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalamış və həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilmişdir. Tədbir şagirdlərin ifasında mahnı, şeir və rəqs ilə davam etmişdir. Sonda qeyd edilmişdir ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə bütün bayramlarımız doğma Qarabağda keçiriləcək, üçrəngli bayrağımız orada dalğalanacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi