Ekskursiya

29.10.2017-ci il tarixində A.Hüseynzadə adına 20 №li tam orta məktəb-liseyin 5 “Ğ” və 6 "Ç" sinif şagirdlərinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyası təşkil edilmişdir. Ekskursiya yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi məqsədini daşıyırdı.Şagirdlər Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda yaradılan muzey ilə yaxından tanış olmuş, Azərbaycanın qədim mədəni irsi haqqında dolğun bilgilər əldə etmişlər. Açıq səma altında Qobustan qayaüstü təsvirləri ilə tanışlıq məktəblilərdə böyük maraq oyatmış, ortaya çıxan suallar ekskursiya rəhbəri tərəfindən cavablandırılmış, qayaüstü rəsmlər haqqında əlavə məlumatlar verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi