Fizikadan təqdimat dərs keçirilmişdir

24 oktyabrda IX siniflər arasında “Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda təqdimat dərs keçirilmişdir.IX sinif şagirdlərinin intellekt səviyyəsini yüksəltmək, onların müstəqil araşdırma qabiliyyətini artırmaq məqsədi ilə keçirilən təqdimat dərsdə 9”A” və 9”C” sinif şagirdlərinin tədqiqat xarakterli məruzələri dinlənilmişdir. Şagirdlər “Qalvotexnika”, “Keramika”, “Fotoresistor-tətbiq sahəsi”, “Vakuum diodu-tətbiq sahəsi”, “Yarımkeçirici diod-tətbiq sahəsi”, “Termorezistorlar, fotoelementlər- tətbiq sahəsi” mövzuları üzrə məruzələr etmişlər. Eyni zamanda onlar gündəlik həyatımıza daxil olan televiziya, radiotexnika, telefon, mobil aparatlar, kompyuter sistemində yarımkeçiricilərin ən yüksək tətbiq sahəsi olduğunu da qeyd etmişlər. Sonda məruzəçilər insan həyatında, məişətdə bu qurğuların rolunu, tutduğu mövqeyini araşdırdıqlarını söyləmiş və bunun vacibliyini bir daha vurğulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi